Turqay Dəniz: "Türk İnvestisiya Fondunun yaradılması Türk dünyası üçün tarixi qərardır"
Bakıda keçirilən “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” adlı tədbirdə geniş nümayəndə heyəti ilə iştirak edən Şimali Kipr Türk Ticarət Palatasının prezidenti Turqay Dəniz Türk İnvestisiya Fondunun təsis edilməsini şərh edib.
"Far.Az"un məlumatına görə, o bildirib ki, Fondun yaradılması tarixi qərardır və bu Fond Türk dövlətləri arasında iqtisadi əməkdaşlığı daha da yüksəldəcək.
Türk Ticarət və Sənaye Palataları Birliyinə tam hüquqlu üzv olmaq üçün müraciət etdiklərini xatırladan cənab Dəniz xüsusi vurğulayıb ki, bu fondun fəaliyyəti sayəsində Türk dövlətlərinin iqtisadi potensialı tam şəkildə reallaşdırıla bilər. Nəticədə Türk dünyası ölkələri öz iqtisadi potensialı ilə qlobal bazarlarda daha güclü mövqe tutacaqlar.
Ticarətin və sahibkarlığın inkişafı, regional layihələrin, xüsusilə mikro, kiçik və orta müəssisələrin təşəbbüslərinin maliyyələşdirilməsi baxımından geniş perspektivlər vəd edən Fondun nizamnamə kapitalı 600 milyon ABŞ dolları təşkil edir. Türk Dövlətlər Təşkilatına daxil olan bu Fond, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” 2023-cü il martın 16-da Ankara şəhərində imzalanmış Sazişlə təsis olunub. Prezident İlham Əliyevin 30 may 2023-cü il tarixində imzaladığı qanunla sözügedən Saziş təsdiq edilib. Fond 2024-cü ildən fəaliyyətə başlayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Osman Xaliyev: “SİF-in prioritet sahələri sırasına “yaşıl layihə”lərin maliyyələşdirilməsini daxil etmişik” – MÜSAHİBƏ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
AIFC-nin idarəedici direktoru: “Azərbaycan "yaşıl maliyyələşmə" üzrə regional liderə çevrilə bilər” - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
Rumıniyada güclü zəlzələ baş verib
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Müxalifətin namizədi İsrail Knessetinin spikeri seçilib













