Qərbi Azərbaycan Xronikası: Moskva və Qars müqavilələri ilə Ermənistana verilən rayon
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də “Moskva və Qars müqavilələri ilə Ermənistana verilən rayon” adlı süjet hazırlanıb.
“Far.Az” xəbər verir ki, bugünkü süjetdə ermənilərin saxta addəyişmə terroruna məruz qalan Alçalı Təpə oronimi, Amağu və Amasiya toponimi haqqında söz açılır.
Bildirilir ki, tarix boyu “Böyük Ermənistan” xülyası ilə yaşayan haylar zaman-zaman havadarlarının hesabına oğuz türklərini qədim yurdlarından sıxışdıraraq çıxarıb, adları saxtalaşdırıblar.
Qərbi Azərbaycana məxsus bu toponimlərin də adının dəyişdirilməsi, xarabalığa çevrilməsi erməni xislətinin bariz nümunəsidir:
“Təbii ki, qədim yaşayış məskənlərimizin adlarının müxtəlif tarixi mənbələrdə yaşaması bu gün qaranlıq səhifələrin üzə çıxması və erməni yalanlarının ifşası baxımından çox əhəmiyyətlidir”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Altuntaxt, Alxan pəyəsi, Alçalı, Alçalıq - türk tarixinin izi - Qərbi Azərbaycan Xronikası
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Qərbi Azərbaycan Xronikası: “Adı dəyişdirilib Azad və Kraşen qoyulan kənd”
Qərbi Azərbaycan Xronikası: “Göyçə mahalının itən Azərbaycan kəndləri”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyində provayderlərin məsuliyyəti xüsusi əhəmiyyət daşıyır
-
Günəşlidə 4 maşın toqquşub
-
Regionun taleyini dəyişəcək proses: Bakı və Ankaradan tarixi layihə
-
Arazda batan məktəblinin axtarışları üçün çayda suyun səviyyəsi endirilib
-
Lisey və gimnaziyalara qəbul üçün elektron qeydiyyat başlayır
-
Dünya Çempionatı öncəsi komandaları narkotik itləriylə YOXLADILAR













