Azərbaycan millisinin baş məşqçisi: "Futbolçuların əzmkar oyunu sayəsində qələbə qazandıq"
Far.Az xəbər saytı

Azərbaycan millisinin baş məşqçisi: "Futbolçuların əzmkar oyunu sayəsində qələbə qazandıq"


Futbolçularımızın əzmkar oyunu sayəsində qələbə qazandıq.

"Report" xəbər verir ki, bunu Azərbaycanın U-17 millisinin baş məşqçisi İlham Yadullayev deyib.

Mütəxəssis Belarusun paytaxtı Minskdə keçirilən İnkişaf Kubokunda Qazaxıstan üzərində qazanılan qələbəni şərh edib:

"Rəqibi yaxşı oyuna görə təbrik edirəm. Futbolçularımıza isə əzmkarlıq göstərdiklərinə görə minnətdaram. Məhz əzmkarlıq sayəsində qələbə qazandıq. İlk yarıda məğlub durumda idik, buna görə fasilədən sonra qol vurmaq üçün irəli atıldıq. Fasilədə oyunçularıma qalib gəlməli olduğumuzu söylədim. Sağ olsunlar ki, tapşırıqlarımı dəqiq yerinə yetirdilər. Finalda oynayıb-oynamamağımız özümüzdən asılı deyil. Rusiya və İran arasında keçirilən görüşdə ikincilərə azarkeşlik edəcəyik. Lakin Rusiya yığması da güclü futbolçulardan təşkil olunub. Necə alınacağını oyun göstərəcək".

Qeyd edək ki, U-17 turnirdə keçirdiyi ilk matçda Rusiyaya 0:3 hesabı ilə uduzub, daha sonra İran yığmasına 1:0 hesabı ilə qalib gəlib. Komanda qrupda keçirdiyi son oyunda Qazaxıstanı 2:1 hesabı ilə üstələyib.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib - VİDEO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər