Yaponiyada meşə yanğını: 2 min 114 nəfərə təxliyə xəbərdarlığı edilib
Yaponiyanın İvate prefekturasında baş verən meşə yanğını səbəbindən 2 min 114 nəfərə təxliyə xəbərdarlığı edilib. Bəzi evlərin yanğında zərər gördüyü bildirilərkən, alovlarla mübarizənin davam etdiyi açıqlanıb.
Far.Az xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb.
Bu gün İvate prefekturasının Ofunato şəhərində başlayan meşə yanğını bölgədə təşvişə səbəb olub. Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, alovların sürətlə yayılması nəticəsində ucqar ərazilərdəki bəzi evlərə ciddi ziyan dəyib.
Yanğınsöndürmə qrupları alovları nəzarət altına almaq üçün səylərini davam etdirir. Yanğının daha da genişlənmə riski nəzərə alınaraq 873 evdə yaşayan ən azı 2 min 114 nəfərə təxliyə xəbərdarlığı edilib. İlkin məlumata əsasən, hadisə zamanı insan tələfatı qeydə alınmayıb.
Bölgədə həyat iflic olub
Yanğın bölgədə gündəlik həyatı da çətinləşdirib. Tohoku Elektrik Paylama Şirkəti Ofunato şəhərinin bəzi qəsəbələrində 200-dən çox evin elektrik enerjisiz qaldığını açıqlayıb. Eyni zamanda, təhlükəsizlik tədbirləri çərçivəsində bölgədəki iki məktəbdə sabah tədrisə müvəqqəti fasilə veriləcəyi bildirilib.
İvate valiliyi yanğınla mübarizə üçün xüsusi böhran mərkəzi yaradıb. Yaponiyanın Meteorologiya Agentliyi (JMA) bölgədə havanın quru olduğunu və bu gün güclü külək gözlənildiyini açıqlayaraq yanğının daha da yayılma ehtimalına diqqət çəkib.
Qeyd edək ki, İvate prefekturasının müxtəlif bölgələrində 19 fevraldan bəri baş verən yanğınlar ən azı 320 hektar meşə ərazisinin külə dönməsinə səbəb olub. Bu yanğınların dünən tamamilə söndürüldüyü bildirilmişdi.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Yaponiyada zəlzələdən sonra sunami xəbərdarlığı ləğv edilib – YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
"İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var













