Dünyaca tanınan müğənni kosmosa UÇACAQ
Amerikalı pop ulduzu Katy Perry Blue Origin şirkətinin təşkil etdiyi və yalnız qadınlardan ibarət olan kosmik uçuşa qatılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Müğənniyə bu səyahətdə Ceff Bezosun nişanlısı Lauren Sançez, CBS aparıcısı Qeyl Kinq, keçmiş NASA alimi Aişa Bowe, vətəndaş hüquqları aktivisti Amanda Nquyen və rejissor Keriann Flinn yoldaşlıq edəcək.
Bu missiya, 1963-cü ildə Valentina Tereşkovanın uçuşundan sonra ilk tamamilə qadınlardan ibarət kosmik səyahət olacaq. Uçuşun bahar aylarında baş tutacağı gözlənilir.
Səyahət 11 dəqiqə davam edəcək və New Shepard raketi ilə həyata keçiriləcək. Raket pilotsuz olacaq və sərnişinlər Kármán xəttini keçərək kosmosa çıxacaqlar.
Lauren Sançez bu uçuşun təşəbbüskarı olduğunu bildirib və missiyanın qadınlar üçün yeni bir yol açacağını vurğulayıb.
Blue Origin indiyədək Ceff Bezos, Maykl Strehan və Vilyam Şatner kimi məşhurları kosmosa aparıb. Elon Musk isə hələlik belə bir səyahət etməyib.
Oxşar xəbərlər
Hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılması qaydası təsdiqlənib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Aİ “müşahidəçiləri”nin sərhəd “ralliləri” - Ermənistanın Ukraynaya çevrilmək təhlükəsi - TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













