"Kənddən şəhərə" həftəsonu yarmarkası təşkil olunacaq
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən 1-2 mart tarixlərində növbəti dəfə "Kənddən şəhərə" həftəsonu yarmarkası təşkil olunacaq.
Far.Az xəbər verir ki, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada 20 rayondan 50-yə yaxın fermerin iştirakı gözlənilir.
Əvvəlcədən qeydiyyatdan keçən fermerlər 150 çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir. Yarmarkada satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət edəcək. AQTA-nın Səyyar Qida Laboratoriyası yarmarkanın yanında fəliyyət göstərəcək.
Qeyd edək ki, "Kənddən şəhərə" yarmarkalarında iştirak etmək istəyən fermerlər +994 50 400 88 99 çağrı mərkəzi ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər. Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla təmin olunacaqlar.
Oxşar xəbərlər
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Ağsu və Zərdabda növbəti toxum sərgi-satış yarmarkaları keçirilib
Görkəmli Azərbaycanlılar Panteonu: dostluq rəmzi - Tbilisi Botanika Bağından REPORTAJ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəmil Məmmədli: "Dürüst yaşayan yapon da müsəlmandır"
-
IND: Mənzil böhranını həll etmək üçün hər gün 96 min ev təhvil verilməlidir
-
Mariyana Kuyundziç: Aİ WUF13-dən yaxşı nəticələr gözləyir
-
WUF13-ün ilk günündən - FOTOREPORTAJ
-
Livanın Mənzil Korporasiyasının rəhbəri WUF13-də innovativ həllərin tərəfdarı kimi çıxış edib
-
"Həm Azərbaycan, həm də digər ölkələr üçün yeni ideyalar yarana bilər" - Uqandalı nümayəndə













