Azərbaycana stomatoloji vasitələrin qanunsuz gətirilməsinin qarşısı alınıb
Far.Az xəbər saytı

Azərbaycana stomatoloji vasitələrin qanunsuz gətirilməsinin qarşısı alınıb


Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları stomatoloji vasitələrin ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar.

Far.Az komitəyə istinadən xəbər verir ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən gömrükçülər tərəfindən saxlanılıb və "Qırmızı kanal"a yönləndirilib. Vətəndaşa məxsus əşyalara stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilərkən şübhəli təsvirlər müşahidə edilib.

Yoxlama zamanı həmin şəxsin çamadan və çantasında gömrük orqanlarına bəyan edilməyən üç adda 555 ədəd stomatoloji vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Azərbaycana diş implantlarının bəyan edilmədən gətirilməsinin qarşısı alınıb
Azərbaycana qanunsuz dərman, siqaret və qızıl-zinət əşyalarının gətirilməsinin qarşısı alınıb
Azərbaycan gömrükçüləri “yardıma ehtiyacı olan şəxs”i saxlayıb
Azərbaycanda 25 kq-dan çox gümüşün qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb
Ayxan Hacızadə: Fransa tərəfindən ölkəmizə qarşı əsassız yalan kampaniyasını dayandırmağı tələb edirik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər