Azərbaycana diş implantlarının bəyan edilmədən gətirilməsinin qarşısı alınıb
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında diş implantları və aksessuarlarının gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.
"Report" Komitəyə istinadən xəbər verir ki, Roma–Bakı aviareysi ilə gələn iki nəfər ölkə vətəndaşı "Yaşıl kanal" vasitəsilə gömrük zonasını tərk edərkən “Qırmızı kanal”a yönləndirilib və rentgen qurğusu ilə onların baqaj yüklərinə keçirilən baxış zamanı şübhəli təsvirlər müşahidə olunub.
Yoxlama zamanı onlara məxsus çamadanlardan gömrük orqanlarına bəyan edilməyən 471 ədəd diş implantı və 149 ədəd diş implantı aksessuarı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycana qanunsuz dərman, siqaret və qızıl-zinət əşyalarının gətirilməsinin qarşısı alınıb
Azərbaycanda 25 kq-dan çox gümüşün qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Naxçıvan gömrükçüləri aksiz markası olmayan 60 000 ədəd siqaret aşkar edib
Gömrük Komitəsi: Meymunçiçəyi virusuna qarşı gücləndirilmiş tədbirlər həyata keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır













