Psixoloq: "Bəzi valideynlər uğursuz imtahan nəticələrini uşağın həyatının məhvi sayırlar"
"İmtahan nəticələrinin uğursuz olması bəzi valideynlər tərəfindən uşaqlarına həyatlarının məhvi kimi təqdim edilir. Bu yanaşma gəncin psixologiyasına ciddi təsir göstərir və onun emosional sabitliyini pozur".
BAKU.WS xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayımda 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov açıqlayıb.
Onun sözlərinə görə, uşaq bu cür sözləri eşidəndə nəticənin təkcə bir imtahan deyil, bütün gələcəyinin məhv olduğunu düşünməyə başlayır:
"Bu isə ağır stresə, depressiv düşüncələrə və motivasiya itkisinin dərinləşməsinə gətirib çıxarır. Gənc özünü dəyərsiz hiss edir, özgüvəni azalır və gələcək cəhdlərə qarşı qorxu formalaşır. İmtahan nəticələri ilə bağlı həddindən artıq neqativ reaksiyalar depressiya, motivasiya itkisi və hətta sosial izolyasiya kimi problemlərə səbəb ola bilər. Gənclər bir imtahandakı uğursuzluğu həyatlarının sonu kimi gördükdə, riskli davranışlara meyilli ola bilərlər. Bundan əlavə, belə yanaşma onları yalnız mükəmməl nəticələr üçün yaşamağa, uğursuzluqdan qorxmağa və özünü davamlı olaraq başqaları ilə müqayisə etməyə vadar edir. Valideynlər övladlarına onların dəyərinin yalnız akademik nəticələrə bağlı olmadığını göstərməlidirlər. "Bu imtahan sənin həyatını müəyyən etmir" və ya "Sən bizim üçün dəyərlisən, nəticə necə olursa olsun" kimi cümlələr gəncə psixoloji rahatlıq verə bilər".
Psixoterapevt bildirib ki, imtahan nəticələri heç vaxt insanın dəyərini və gələcəyini müəyyən etmir:
"Valideynlərin övladlarını başa düşməsi, onlara sevgi və dəstək göstərməsi, tənqid və müqayisədən uzaq durması onların psixoloji sağlamlığı üçün vacibdir. Doğru yanaşma ilə hər uğursuzluq təcrübəyə çevrilir və gənclər həyatın çətinlikləri ilə daha güclü mübarizə aparmağı öyrənirlər".
Oxşar xəbərlər
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Payız-qış mövsümü ilə bağlı qrip əleyhinə vaksinasiyaya başlanılıb
Sosial şəbəkədə pasiyentdən icazəsiz onun görüntülərini paylaşan psixoloqları cəza gözləyir - FOTO - ARAŞDIRMA
Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Pezeşkian Türkiyəyə yola düşüb
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
Yaponiyanın müdafiə naziri seçkilərdə Takaiçini dəstəkləyəcək
-
"TRT Haber": Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib













