Baş həkimin ölkədən çıxışına QADAĞA QOYULDU
Naxçıvan Muxtar Respublikası, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkiminin ölkədən çıxışına məhdudiyyət qoyulub.
BAKU.WS "Qaynarinfo"ya istinadla xəbər verir ki, Abdullayeva Mehriban Kamal qızının direktor və baş həkimi olduğu xəstəxananın dövlət büdcəsinə 57 097.94 manat vergi borcu yaranıb.
Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Mehriban Abdullayevaya sözügedən borcun ödənilməsi üçün beş gün vaxt verilib.
İdarə tərəfindən məhkəməyə müraciət edilərək, xanım baş həkimin ölkədən çıxış hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş edilib.
Məhkəmə 1986-cı ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Bakı şəhəri, Yasamal rayonunda qeydiyyatda olan Mehriban Abdullayevanın borcun ödənilməsini təmin edənə qədər ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırıb.
Oxşar xəbərlər
Azərbaycanda qan banklarının siyahısı yenilənib
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













