Azərbaycan Su Ehtiyatları Agentliyində iki qardaşa yüksək VƏZİFƏ VERİLDİ
Far.Az xəbər saytı

Azərbaycan Su Ehtiyatları Agentliyində iki qardaşa yüksək VƏZİFƏ VERİLDİ


Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif vəzifələrdə çalışan Asif Verdiyev və Rafiq Verdiyev qardaşları Azərbaycan Su Ehtiyatları Agentliyində (ADSEA) işə başlayıblar.

BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, Asif Verdiyev Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru vəzifəsində çalışıb.

Ona ADSEA-ya daxil olan qurumların birində vəzifə verilib.

Rafiq Verdiyev isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdir müavini vəzifəsində işləyirdi. O, bir müddət əvvəl Azərbaycan Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) şöbə müdiri vəzifəsinə başlayıb.

Hər iki təyinat bu ilin əvvəlində baş tutub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
PA-nın Vətəndaş Qəbulu Mərkəzində sentyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
PA-nın fevral ayı üzrə vətəndaş qəbulu cədvəli açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər