DİN-dən azərbaycanlı jurnalistin evinin qarət olunmasına
Far.Az xəbər saytı

DİN-dən azərbaycanlı jurnalistin evinin qarət olunmasına




Daxili İşlər Nazirliyi (DİN) jurnalist Yelena Sidorenkonun bağ evinin qarət olunması ilə bağlı açıqlama verib.

Nazirliyin Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi barədə məlumat veriləcək.

***09:20

Jurnalist Yelena Sidorenkonun bağ evi qarət olunub.

Bu barədə özü sosial şəbəkə hesabında məlumat verib.

Y.Sideronko iddia edir ki, işıq sayğacı sındırılıb və əşyaları oğurlanıb:

"Şəhərdə olmadığımız iki gün ərzində hiss etdik ki, bağımızda kameralar işləmir. Evimiz Ləhiş bağlarındadır. Yoldaşım bağa baş çəkib. Görüb ki, oğrular işıq sayğacını qırıblar və nəticədə kameralar işləməyib. Evə girib soyuducunu, kombini və samovarı götürüblər. Stolumuzu hasarın yanına qoyub, oradan daşıyıblar. Polisə xəbər vermişik. Bu məsələ məni çox narahat etdi. Orada anamla, uşağımla tək qalmışam. Çox narahatam, qorxulu hadisədir. Necə olur ki, oğrular belə sakit bağa girə bilirlər. Əminəm ki, polis əməkdaşlarının səyləri nəticəsində bunu edən tapılacaq və cəzalandırılacaq. Məlumatı paylaşdıqdan düz beş dəqiqə sonra Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən mənimlə əlaqə saxlanıldı. Bildirildi ki, məsələ nəzarətə götürülüb".

BAKU.WS
VİDEO

Oxşar xəbərlər

Azərbaycanlı jurnalistin evi qarət olundu - VİDEO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı - VİDEO/YENİLƏNİB
Müğənni Sevda Sanaliyeva izləndiyi ilə bağlı görüntülər yaydı: "Qapımda manyak yatır" - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər