Dələduzluq və oğurluq əməllərinə görə həbs edildi
Qaradağ rayonunda torpaq sahəsi və fərdi evlərə çıxarış almaq adı altında dələduzluq edən şəxs həbs edilib.
Far.Az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən və mağazalardan oğurluq edən şəxs saxlanılıb.
Qaradağ RPİ-nin keçirdiyi tədbirlərlə əməli törədən Nahid Quliyev tutulub.
Araşdırma zamanı müəyyən edilib ki, N.Quliyev tanışına məxsus torpaq sahəsinə və fərdi evə çıxarış almağa kömək edəcəyi vədi ilə onun 8400 manat pul vəsaitini ələ keçirib. Həmçinin o, icarəyə götürdüyü "Hyundai" markalı avtomobili satacağına dair yalan vəd verərək beh adı ilə digər bir şəxsin 5100 manatını alıb. Onun rayon ərazisində yerləşən ticarət mərkəzlərinin birində 2 müxtəlif mağazaya müştəri kimi daxil olmaqla oğurluqlar etməsi və nəticədə zərərçəkənlərə 4287 manat maddi ziyan vurduğu da müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə N.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Vətəndaşların 74 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən üç nəfər saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib
-
"Azərbaycan Beynəlxalq Bankı"nın istiqrazlarına 282 investor maraq göstərib
-
44 mindən çox şəxsə reabilitasiya xidmətləri göstərildi
-
Sizə də bu vitaminlərdən yazılıbsa İÇMƏYİN - Normadan aşağıdır













