Yazın "superqida"sı: - Bu meyvə və tərəvəzləri süfrənizdən əskik etməyin!
Yaz fəslində təbiət yenilənir və orqanizm üçün vacib olan təbii vitamin mənbələri – meyvə və tərəvəzlər süfrələrimizdə yer alır. Mütəxəssislər bildirirlər ki, yaz aylarında bədənin vitamin və mineral balansını qorumaq üçün təzə məhsulların istehlakı vacibdir.
Bəs yaz fəslində ən faydalı meyvə və tərəvəzlər hansılardır?
Far.Az xəbər verir ki, yazın ən faydalı meyvə və tərəvəzi aşağıdakılardır:
Ən faydalı meyvələr:
1. Çiyələk – Güclü antioksidant mənbəyi olub, immun sistemini gücləndirir və dərini cavan saxlayır.
2. Ərik – Beta-karotinlə zəngindir, göz sağlamlığını qoruyur və həzmi yaxşılaşdırır.
3. Alça – C vitamini ilə zəngindir, orqanizmi toksinlərdən təmizləməyə kömək edir.
4. Gilas – Qan dövranını yaxşılaşdırır, yuxu keyfiyyətini artırır və sinir sistemini sakitləşdirir.
Ən faydalı tərəvəzlər:
1. Kəvər (şüyüd, cəfəri, keşniş) – Vitamin və minerallarla zəngin olub, orqanizmi toksinlərdən təmizləyir.
2. Turp – Həzmi yaxşılaşdırır, öd və qaraciyər üçün faydalıdır.
3. İspanaq – Dəmir və fol turşusu ilə zəngindir, qanazlığının qarşısını alır.
4. Kələm – Lif və C vitamini ilə zəngindir, immun sistemini gücləndirir.
Mütəxəssislər yaz aylarında təzə meyvə və tərəvəzləri qidalanma rasionuna daxil etməyi tövsiyə edirlər. Bu məhsullar immuniteti gücləndirir, bədəni toksinlərdən təmizləyir və enerjini artırır.
Oxşar xəbərlər
İnsanı 24 saat tox tutan MEYVƏLƏR - FOTO
Sağlam iftar və sahur menyusu: Nələri yemək olar, nələri olmaz?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Oruc halda yatmağın xeyir və zərərləri məlum oldu
Soğan orqanizmə nə verir? - Bu tərəvəzi yemək üçün 8 səbəb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













