Smartfon batareyasının ömrünü uzatmaq üçün necə şarj etməliyik?
Smartfonlarda istifadə olunan Li-ion və Li-Pol batareyalar zamanla öz tutumunu itirərək sürətlə boşalır. Yeni cihazlarda tam şarj batareya bütün günü təmin etsə də, 2-3 ildən sonra cihazı gün ərzində bir neçə dəfə şarj etmək lazım gəlir. Batareyanın təbii şəkildə zəifləməsini tamamilə qarşısını almaq mümkün olmasa da, bəzi qaydalara riayət edərək bu prosesi yavaşlatmaq olar.
Far.Az həmin tövsiyələri təqdim edir.
-
Temperatur nəzarəti:
Həm çox soyuq, həm də yüksək temperatur batareyanın ömrünü qısaldır. Soyuq mühitdə şarj zamanı lithium ionlarının anoda yapışaraq normal işini poza bilməsi, isti şəraitdə isə kimyəvi proseslərin sürətlənməsi müşahidə olunur. Optimal şarj temperaturu otaq şəraiti, yəni təxminən 20°C-dir. -
Batareya səviyyəsinin qorunması:
Tamamilə boşalma və ya tam şarj vəziyyəti batareyaya mənfi təsir göstərir. Bir çox smartfon istehsalçısı (məsələn, iPhone, Google Pixel, Sony Xperia) batareyanın ömrünü uzatmaq məqsədilə avtomatik 80%-ə qədər şarj məhdudiyyəti tətbiq edir. Bu üsul batareyanın maksimum gərginliyə uzun müddət məruz qalmasının qarşısını alır. -
Orijinal və sertifikatlı şarj cihazlarından istifadə:
Yüksək keyfiyyətli şarj adapterləri düzgün cərəyan və gərginlik təmin edir, bu da cihazın batareyasının zədələnməsinin qarşısını alır. Keyfiyyətsiz adapterlər həm də özləri istilik problemi yarada bilər. -
Sürətli şarj funksiyasından ehtiyatlı istifadə:
Sürətli şarj rahat olsa da, batareyanın daha yüksək istiləşməsinə və dolayısıyla sürətli aşınmasına səbəb olur. Gündəlik istifadə üçün daha aşağı güclü adapterlər (10–15 W) seçilərsə, batareya ömrü uzana bilər.
Mütəxəssislər bildirir ki, bütün qaydalara dəqiq riayət edilməsə belə, batareyanın ciddi performans düşüşü 1-2 il ardıcıl istifadədən sonra nəzərə çarpır. Əsas diqqət isə ekstremal şərtlərdən, xüsusilə soyuq mühitdə şarjdan qaçınmaqdan ibarətdir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Mart ayına olan hava proqnozu AÇIQLANDI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Salyanda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var
-
Tramp jurnalistin sualına görə onu təhqir etdi
-
Avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR - Bu tarixdən...
-
Bakıda yağışlı havada ağır qəzaların ANBAAN VİDEOSU
-
Prezident: "Kommunikasiya texnologiyaları qeyri-neft iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilib"
-
2026 - "Alovlu qırmızı at" ili ilə bağlı ŞOK PROQNOZ - Hansı bürcləri uğur, hansılarını çətinliklər gözləyir?













