Masallı Sənaye Məhəlləsində indiyə qədər 14 milyon manatlıq məhsul istehsal edilib
Far.Az xəbər saytı

Masallı Sənaye Məhəlləsində indiyə qədər 14 milyon manatlıq məhsul istehsal edilib


İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Masallı Sənaye Məhəlləsində indiyə qədər 14,4 milyon manatlıq məhsul istehsal edilib.

Far.Az Agentliyə istinadən xəbər verir ki, Parkda layihələrinin investisiya dəyəri 14,7 milyon manatdan çox olan 9 sahibkarlıq subyektinə rezidentlik verilib, 6 müəssisə artıq fəaliyyətə başlayıb.

İş adamları 2,1 milyon manat investisiya yatırıb, 70-dən çox daimi iş yeri yaradıb. Növbəti mərhələdə daha 12,6 milyon manat investisiya yatırılması, 300-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Məhəllə Prezident İlham Əliyevin 13 iyun 2016-cı il tarixli sərəncamı ilə yaradılıb, 10 hektar ərazini əhatə edir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İZİA rəsmisi: “Araz Vadisi İqtisadi Zonası”nda təməli qoyulan müəssisələr gələn il fəaliyyətə başlayacaq”
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ağdam Sənaye Parkına 97 milyon manat investisiya yatırılıb, 380 nəfərlik daimi iş yeri yaradılıb
Azərbaycandakı sənaye zonalarına daha 1 milyard manat investisiya qoyulacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər