Rusiyada azərbaycanlı vəkil Paşayev məhkəmədə polislə dalaşıb, həbs müddəti uzadılıb
Dələduzluqda ittiham olunan azərbaycanəsilli keçmiş vəkil Elman Paşayev məhkəmədə konvoy əməkdaşı ilə mübahisə edib.
Bu barədə Far.Az Oxu.Az-a istinadla xəbər verir.
Konvoyun polis əməkdaşı keçmiş vəkili məhkəmə zalındakı barmaqlıqlara qədər müşayiət edəndə onlar arasında mübahisə düşüb. E.Paşayev qohumlarını salamlamaq qərarına gəlib və yerin az olması səbəbindən sözügedən polisi itələyib.
Konvoy əməkdaşı müttəhimi bu cür davranışın nəticələrinin olacağı barədə xəbərdarlıq edib. Əvəzində E.Paşayev taleyini qulluq göstərən polisin deyil, hakimin və müstəntiqin həll edəcəklərini deyərək ədəbsiz sözlər işlədib.
Tərəflər arasında sözlü atışma hakimin məhkəmə salonuna gəlməsinə qədər davam edib.
Məhkəmə "marafon kraliçası" Yelena Blinovskayanın əri Alekseyə qarşı dələduzluqda ittiham olunan E.Paşayevin həbs müddətinin mayın 15-dək uzadılması barədə qərar qəbul edib.
Xatırladaq ki, E.Paşayev 2024-cü ilin yazında dələduzluqda ittiham olunaraq həbs edilib. İstintaqın məlumatına görə, o, pul müqabilində A.Blinovskiyə və onun həyat yoldaşı - bloqer Yelena Blinovskayaya vergi ödəməmə ilə bağlı cinayət məsuliyyətindən azad olunmağı vəd edib.
Bundan sonra o, aldadılmış ərdən ən azı 18.5 milyon rubl (təqribən 305 500 manat - red.) və 300 min dollar alıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vəkil Günü münasibətilə Vəkillər Kollegiyasının təntənəli tədbiri keçirilib
“Abzas Media” işi çərçivəsində saxlanılan şəxslərin həbs müddəti uzadılıb - YENİLƏNİB 2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub













