2 yaşlı uşaq öpüş səbəbindən görmə qabiliyyətini itirdi
Far.Az xəbər saytı

2 yaşlı uşaq öpüş səbəbindən görmə qabiliyyətini itirdi


İngiltərədə yaşayan iki yaşlı Cuvan qohumu tərəfindən öpüldükdən sonra herpes simplex virusuna yoluxaraq sol gözünün görmə qabiliyyətini tamamilə itirib.

Far.Az haber global-a istinadən xəbər verir ki, virusun səbəb olduğu infeksiya Cuvanın gözündə blister (su toplayan yara) əmələ gətirib və buynuz qişasında 4 mm-lik dəlik yaranıb. Bu dəlik infeksiyanın yayılmasına səbəb olub və həkimlərin bütün səylərinə baxmayaraq, uşağın sol gözü tamamilə funksiyasını itirib. Gözünü qorumaq üçün həkimlər onun göz qapaqlarını tikmək məcburiyyətində qalıblar.

Juvanın ailəsi onun görmə qabiliyyətini bərpa etmək üçün sinir transplantasiyası və daha sonra buynuz qişa transplantasiyası əməliyyatı planlaşdırır. Lakin bu prosedurların uğurlu olacağı və uşağın görmə qabiliyyətinin bərpa olunacağı hələlik məlum deyil.

Juvanın anası körpələrin öpülməsinin ciddi sağlamlıq riskləri daşıdığını vurğulayaraq, valideynləri ehtiyatlı olmağa çağırıb. Ailə həm müalicə xərclərini qarşılamaq üçün vəsait toplamaq, həm də digər valideynlər arasında maarifləndirmə işləri aparmaq üçün təşəbbüsə başlayıb.

"Körpənizi heç kimin öpməsinə icazə verməyin. Kiçik bir virus böyük travmaya səbəb ola bilər", – deyə ailə bütün valideynlərə xəbərdarlıq edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Azərbaycana meymunçiçəyi testləri və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib
Aktyor Azər Baxşəliyev dəfn olunub - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər