Azərbaycan gerbi, Ermənistan adı - "Temu" QALMAQALLI məhsulunu SİLDİ
"Temu", onlayn alış-veriş platformasında üzərində Azərbaycan gerbi olan kepkaların "Ermənistan emblemi" adı altında satılmasına aydınlıq gətirib.
Bu barədə Far.Az-ə Viva Kommunikasiya agentliyindən Ləman Ağazadə açıqlama verib.
"Bu məsələni diqqətimizə çatdırdığınız üçün təşəkkür edirik. Problem məhsulun yazılı təsvirindəki tərcümə xətası ilə əlaqədardır. Dəqiqliyi təmin etmək üçün məhsulu platformamızdan sildik, oxşar məhsulları yenidən nəzərdən keçirdik və xətanın aradan qaldırılması üçün dərhal tədbirlər gördük", - TEMU-nun açıqlamasında qeyd olunub.
***2025-03-10 saat 10:46
Son zamanlarda Azərbaycanda populyarlaşan "Temu" onlayn alış-veriş platformasında üzərində Azərbaycan gerbi olan kepkaların "Ermənistan emblemi" adı altında satılması müşahidə edilib.
Bu barədə kadrlar Far.Az-in "qaynar xətti"nə daxil olub.
Məlum olduğu kimi, "Temu" platformasında satılan məhsullar əsasən Çində istehsal edilir. İstifadəçilər platformanı bu səhvi düzəltməyə çağırıb.
Sözügedən kadrı təqdim edirik:
Oxşar xəbərlər
Azərbaycan gerbi, Ermənistan adı - "Temu"dan QALMAQALLI MƏHSUL
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub













