Bərdədə dağıntı altında qalan qadın xilas olunub, bina sakinləri təxliyə edilib
Far.Az xəbər saytı

Bərdədə dağıntı altında qalan qadın xilas olunub, bina sakinləri təxliyə edilib


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bərdə şəhəri, Təbriz küçəsində yaşayış binasının eyvanının uçması barədə məlumat daxil olub.

FHN-dən Far.Az-ə verilən məlumata görə, dərhal əraziyə nazirliyin Qarabağ Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin eyvanının uçması nəticəsində 1990-cı il təvəllüdlü Əliyeva Turanə Saleh qızının dağıntı altında qaldığı müəyyən olunub.

Nazirliyin qüvvələri operativ xilasetmə tədbirləri sayəsində dağıntı altında qalan qadını xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

*** 12:13

Bərdədə yaşayış binasının eyvanı uçub.

Far.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. İlkin məlumata görə, uçqun nəticəsində ölən və yaralananlar olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Gəncədə mənzildə baş verən partlayış nəticəsində ölənlərin kimliyi məlum olub - YENİLƏNİB - 4
Mehriban Əliyevanın doğum günüdür
Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - VİDEO - YENİLƏNİB-8
Bakıda SOCAR-ın müəssisəsində yanğın tam söndürülüb - VİDEO - FOTO - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər