Azərbaycanda 500 nəfər böyrək GÖZLƏYİR
Far.Az xəbər saytı

Azərbaycanda 500 nəfər böyrək GÖZLƏYİR


Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı çərçivəsində 32 adda dərman vasitələri, 3 adda peritoneal dializ məhlulu dializ məsrəfləri, tibbi sərfiyyat və tibbi ləvazimat malları satın alınıb. 2024-cü ildə ölkə üzrə xroniki böyrək çatışmazlığı olan xəstələrin vahid elektron registrində 4035 xəstə qeydiyyatda olub. Ümumilikdə, respublika üzrə 54 hemodializ mərkəzi fəaliyyət göstərib ki, onlardan 11-i Bakı şəhərində, 35-i regionlarda, 8 mərkəz isə Naxçıvan Muxtar Respublikasında yerləşir. Mərkəzlərdə yerləşdirilən ümumi işlək hemodializ aparatlarının sayı 723 ədəd təşkil edir.

BAKU.WS xəbər verir ki, modern.az Azərbaycanda böyrək çatışmazlığı ilə bağlı vəziyyəti öyrənmək üçün Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi ilə əlaqə saxlayıb.

Ətraflı

Qurumdan bildirilib ki, böyrək köçürülməsi üçün gözləmə siyahısında qeydiyyata alınmış 500-dən çox xəstə var. Lakin ölkədə 4 minə yaxın vətəndaş dializ müalicəsi alır. Onların yaxın qohum donoru olmadığı üçün və meyit donora ümidləri olmadığından gözləmə siyahısına daxil olmayıblar.

Bildirilib ki, eyni zamanda, təxminən 500 nəfər sümük iliyi, 100 nəfər isə qaraciyər transplantasiyası üçün qeydiyyatdadır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər