Vəkilə böhtan atan hüquqşünas cəzalandırılıb
Vəkilə böhtan atmaqda şübhəli bilinən hüquqşünas cəzalandırılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü, Vəkillərin İntizam Komissiyasının sədri Cavid Alıyevlə hüquqşünas Əfəndizadə Abdulla Hikmət oğlu arasında məhkəmə çəkişməsi başa çatıb.
Belə ki, iki il bundan əvvəl "Facebook" sosial şəbəkəsində paylaşdığı statusda Cavid Alıyevə böhtan ataraq barəsində həqiqətə uyğun olmayan məlumatları yaydığına görə, vəkil hüquqşünasa qarşı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Abdulla Əfəndizadə Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilib, üzərinə yalan olduğunu bilə-bilə paylaşdığı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı kütləvi informasiya vasitəsində rəsmi qaydada təkzib vermək və məlumatları yaymasına görə üzr istəmək, vurduğu mənəvi zərərə görə təzminat ödəmək öhdəliyi qoyulub.
Hökmdən Abdulla Əfəndizadənin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin ş qərarı ilə təmin edilməyib.
Bu qərardan Abdulla Əfəndizadə kassasiya şikayəti verib.
Ötən gün Ali Məhkəmədə baxılan şikayət təmin olunmayıb və qərar qüvvədə saxlanılıb.
Oxşar xəbərlər
Vəkil Günü münasibətilə Vəkillər Kollegiyasının təntənəli tədbiri keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub













