Qaradağda 3 kiloqram narkotik vasitə aşkarlanıb, iki nəfər həbs edilib
Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsinin əməkdaşları ilə birgə narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti əməliyyat həyata keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Bakı-Ələt avtomobil yolunun 47-ci kilometrliyində baş tutan tədbir nəticəsində 22 yaşlı Əşrəf Əliyev və 21 yaşlı Sadiq Əhədov saxlanılıblar. Onların üzərinə və Əşrəf Əliyevin idarə etdiyi "Chevrolet" markalı avtomobilə baxış zamanı ümumi çəkisi 3 kiloqrama yaxın olan heroin, tiryək, marixuana və 100 ədəd psixotrop tərkibli metodon həbi aşkarlanıb.
Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri Qaradağ rayonu ərazisindəki əvvəlcədən təyin etdikləri yerdən götürdüklərini və paytaxt ərazisində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qalereya
Oxşar xəbərlər
Kəngərlidə narkotik vasitələr və psixotrop maddələr məhv edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanda avtomobil yollarında 4 yerdə 6 elektron tərəzi quraşdırılıb
Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxsdən 4 kq tiryək və marixuana aşkarlanıb
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













