AKİA ötən il işğaldan azad edilmiş ərazilərdə 20 milyon manat subsidiya ödəyib
2024-cü ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən 13 aqrar məhsul istehsalçısına 20 milyon 152 min manat əkin subsidiyası ödəyib.
Bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, vəsait 78,5 min hektar buğda, 10,5 min hektar arpa, 1,1 min hektar qarğıdalı əkinlərinə, habelə 219,4 hektar üzüm və 656,7 hektar meyvə bağlarına görə ödənilib.
2023-2024-cü əkin ilində Ağdam, Füzuli, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Laçın, Xocalı, Xocavənd, Zəngilan və Tərtər rayonlarında kənd təsərrüfatı məhsullarının istehsalçıları əkin sahələrinin və çoxillik əkmələrin becərilməsi həyata keçirib.
Eyni zamanda, "İşğaldan azad edilmiş əraziləri Böyük Qayıdışa dair Dövlət Proqramı" çərçivəsində il ərzində 18 müraciət üzrə 53 ədəd kənd təsərrüfatı texnikasının satışının maliyyələşdirilməsi məqsədilə 472 min manat güzəştli kredit və 2 milyon 466 min manat güzəşt ayrılıb. Həmçinin qeyd olunan dövr ərzində 2 müraciət üzrə 1 877 baş heyvan alışının maliyyələşdirilməsi üçün 5 milyon 861 min manat güzəşt ayrılıb.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycanda bəzi bitkilər üzrə yalnız məhsul subsidiyası veriləcək
Azərbaycanda subsidiya proqramında bitkilərin siyahısı genişləndirilib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Şotlandiyada minlərlə insan Sİ üçün data-mərkəzlərin tikintisinə qarşıdır
-
INL: Qərbi Balkanın cinayət şəbəkələri ABŞ vətəndaşları üçün təhlükə yaradır
-
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib













