17 və 24 nömrəli marşrutlardan istifadə edənlərin DİQQƏTİNƏ! dəyişikliklər ediləcək
Yeni avtomobil yolu layihəsi çərçivəsində Nərimanov rayonu, Əhməd Rəcəbli və Uluqbəy küçələrinin kəsişməsindəki dairədə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, martın 17-dən etibarən 17 və 24 nömrəli marşrutların hərəkət sxemində müvəqqəti dəyişikliklər ediləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, 17 nömrəli marşrutun hərəkət istiqaməti aşağıdakı kimi dəyişdiriləcək:
- Yeni Yasamal yaşayış massivi istiqamətində: Əhməd Rəcəbli küçəsi (son dayanacaq) → Dairəvi hərəkət (Uluqbəy küçəsi ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi) → Əhməd Rəcəbli küçəsi → Fətəli xan Xoyski küçəsi, daha sonra mövcud sxem üzrə hərəkət edəcək.
24 nömrəli marşrutun hərəkət istiqaməti isə belə olacaq:
- Qaraçuxur qəsəbəsi istiqamətində: Təbriz küçəsi (son dayanacaq) → Əhməd Rəcəbli küçəsi → Ziya Bünyadov prospekti, daha sonra mövcud sxem üzrə hərəkət edəcək.
Agentlikdən bildirilib ki, bu dəyişikliklər müvəqqəti xarakter daşıyır və yenidənqurma işləri başa çatdıqdan sonra marşrutlar əvvəlki hərəkət sxeminə qaytarılacaq. Sərnişinlərdən xahiş olunur ki, marşrutların yeni hərəkət sxeminə uyğun olaraq səyahətlərini planlaşdırsınlar və mümkün narahatlığa görə üzr istəyirik.
Oxşar xəbərlər
Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Görkəmli Azərbaycanlılar Panteonu: dostluq rəmzi - Tbilisi Botanika Bağından REPORTAJ
Sabahdan Bakıda bir sıra avtobusların hərəkət sxemi dəyişdiriləcək
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhmədlidə çay evində YANĞIN
-
Valdas Dambrauskas: "Sabahkı matçda "Orhus"a qalib gəlmək istəyirik"
-
Fransada yanğın törədən 400-dən çox şəxs saxlanılıb
-
Sabah bu ərazilərdə işıq sönəcək - ÜNVANLAR
-
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
-
"The Times": 260-dan çox pilot məzuniyyət pulunun ödənilməməsinə görə "Ryanair"i məhkəməyə verib













