19 Mart - Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günüdür
Martın 19-da Dövlət Miqrasiya Xidmətinin yaradılmasından 18 il ötür.
Prezident İlham Əliyevin 2007-ci il 17 mart tarixli Sərəncamı ilə hər il martın 19-u Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Dövlət Miqrasiya Xidməti Prezident İlham Əliyevin diqqət və qayğısı ilə daim əhatə olunub və ölkəmizdə müasir tələblərə cavab verən Xidmət formalaşdırılıb. Prezident İlham Əliyev son illərdə miqrasiya proseslərinin vahid dövlət siyasəti ilə tənzimlənməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsini təmin edib.
Dövlətimizin başçısı bu istiqamətdə mühüm addımlarından biri kimi 2006-cı ildə "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının təsdiq edilməsi haqqında" Sərəncam imzalayıb. Dövlət Proqramında miqrasiya idarəetmə sisteminin inkişafı, miqrasiya proseslərinin tənzimlənməsini, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin səmərəliliyinin təmini, miqrasiya müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması kimi önəmli məsələlər yer alıb.
Dövlət Proqramı əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılması da obyektiv zərurət kimi meydana çıxıb. Bunu nəzərə alan Prezident İlham Əliyev 2007-ci il martın 19-da Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında Fərman imzalayıb. Miqrasiya sahəsində dövlət siyasətini, habelə miqrasiya proseslərinin idarə edilməsində və tənzimlənməsində qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən DMX-yə hüquq-mühafizə orqanı statusu verilib.
Dövlət Miqrasiya Xidmətinin strukturuna aparatla yanaşı, 8 regional miqrasiya idarəsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin istifadəsi üçün Bakıda və Yevlaxda olmaqla 2 qanunsuz miqrantların saxlanılması mərkəzi, Təlim-tədris mərkəzi və tibb müəssisəsi daxildir. Bundan başqa, Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində, o cümlədən beynəlxalq hava limanlarında Dövlət Miqrasiya Xidmətinin bölmələri fəaliyyət göstərir.
2008-ci il dekabrın 1-dən Dövlət Miqrasiya Xidmətinin üç dildə fəaliyyət göstərən 919 - Çağrı Mərkəzi yaradılıb.
Mərkəzin fəaliyyəti tamamilə yenidən qurulub, texniki imkanları genişləndirilməklə xidmətin keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılıb. Bundan başqa, 2018-ci ildə istifadəyə verilən MİGAZ mobil tətbiqi əcnəbi vətəndaşların olduğu yer üzrə qeydiyyatı, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, məhdudiyyətin və müraciət statusunun yoxlanması, son qeydiyyat tarixinin öyrənilməsi üçün kalkulyator, onlayn ödəmə və növbə, "ASAN Viza" və xidmətin digər istiqamətləri üzrə servis xidmətlərinə çıxış əldə etmək imkanı yaradır. Eyni zamanda, Dövlət Miqrasiya Xidməti tərəfindən bütün "ASAN xidmət" mərkəzlərində də müvafiq xidmətlər göstərilir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı
-
Sümükləri möhkəmləndirmək üçün ən faydalı səhər yeməyi açıqlandı
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib













