Azərbaycanda elektrikdoldurma xidməti üçün vahid platforma yaradıla bilər
Far.Az xəbər saytı

Azərbaycanda elektrikdoldurma xidməti üçün vahid platforma yaradıla bilər


Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyndə elektrikdoldurma xidməti bazarı üçün vahid platforma hazırlanması, elektrikdoldurma xidməti göstərən məntəqələrin sözügedən platformaya inteqrasiyası məsələləri də müzakirə edilib. 

Far.Az bu barədə quruma istinadən xəbər verir. 

Məlumata görə, müzakirələr Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Fiziki infrastruktur" işçi qrupunun "Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi" üzrə altqrupunun növbəti iclasında olub.

Dövlət Agentliyinin təşkil etdiyi görüşdə "Azərişıq" ASC və "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" İctimai Birliyinin nümayəndələri, eləcə də elektrikdoldurma sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın işçi qrupunun geniş tərkibdə iclası keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Zülmətdən işığa çıxan Qarabağ: “Azərişığ”ın 10 illik uğur yolu
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər