Gürcüstanın Prezidenti, Baş naziri və parlament sədri Marneulidə Novruz Bayramına qatılıblar
Gürcüstanın Marneuli şəhərində Novruz Bayramı münasibətilə bayram tədbiri keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, tədbirdə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze, Parlamentin sədri Şalva Papuaşvili və digər rəsmi şəxlər iştirak edərək, bayram münasibətilə təbriklərini çatdırıblar.
Bayram şənliyi martın 21-də saat 11:00-da Marneuli Meriyasının qarşısında start götürüb.
Tədbir çərçivəsində teatrlaşdırılmış yürüş, ənənəvi tonqalqalanma, etno guşə, idman yarışları, uşaq əyləncə zonası, foto və "Gifer" zonaları, eləcə də yerli sahibkarların sərgi-satışı təşkil edilib. Qızıl Xaç və Marneuli Mədəniyyət Mərkəzinin "Rəsm Studiyası" tərəfindən də sərgi təqdim olunub.
Bayram proqramı çərçivəsində geniş konsert də nəzərdə tutulub. Saat 13:45-dən 17:40-dək davam edəcək tədbirdə Marneuli Mədəniyyət Mərkəzinin müğənniləri və qrupları, Ariz Hüseynov, "Kuçis Biçebi" qrupu və Azərbaycandan xüsusi olaraq dəvət olunmuş sənətçilər səhnəyə çıxacaq.
Bayram gecəsi DJ şousu və möhtəşəm atəşfəşanlıqla yekunlaşacaq.
Qalereya
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Mehriban Əliyeva Heydər Əliyev Fondunun uşaqlar üçün təşkil etdiyi şənlikdə iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
"TRT Haber": Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib













