ING Azərbaycanda iqtisadi artımla bağlı proqnozunu açıqlayıb
Niderlandın ən böyük bank qruplarından biri olan "ING Group" Azərbaycanda ÜDM artımının növbəti illərdə 2-3 % diapazonunda qalacağını proqnozlaşdırır.
"Report" xəbər verir ki, bu barədə ING-nin hesabatında qeyd edilib.
Hesabata görə, istehlak yönlü sektorlarda əhvali-ruhiyyə müsbət olaraq qalır: "Bunun əsas səbəbləri real gəlir və məşğulluğun davamlı artımı, eləcə də pərakəndə kreditlərin sürətli genişlənməsidir. Hazırda daxili pərakəndə kreditlər ÜDM-in 14 %-ni (qeyri-neft ÜDM-in 23 %-ni) təşkil edir. Müqayisə üçün, 2022-ci ildə bu göstərici müvafiq olaraq 8 % və 17 % olub. Bununla belə, real ifadədə artım tempi 2024-cü ilin əvvəlindəki 23 %-lik illik göstəricidən 15-16 %-ə düşüb".
"ING Group"un ekspertləri bildirirlər ki, 2024-cü ildə korporativ kreditləşmənin artım tempi əhəmiyyətli dərəcədə yavaşlayıb. Bu, bəzi korporativ seqmentlərdə daha ehtiyatlı davranışın əlaməti kimi qiymətləndirilir. Bununla belə, ÜDM-in 10 %-i (qeyri-neft ÜDM-in 16 %-i) səviyyəsində olan daxili korporativ kreditləşmə maliyyələşdirmənin əsas mənbəyi hesab edilmir və ümumi yavaşlamanın göstəricisi kimi də dəyərləndirilmir.
Hesabatda qeyd olunur ki, sənaye etimadı göstəriciləri neft sektorundakı zəifliyə baxmayaraq, güclü nəticələr göstərməyə davam edir. "Bu tendensiya, çox güman ki, Azərbaycanın fiskal siyasətinə dair nikbin gözləntiləri əks etdirir.", - "ING Group" hesab edir.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Şotlandiyada minlərlə insan Sİ üçün data-mərkəzlərin tikintisinə qarşıdır
-
INL: Qərbi Balkanın cinayət şəbəkələri ABŞ vətəndaşları üçün təhlükə yaradır
-
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib













