Dünyada məktəblərdə smartfon qadağası - uşaqlara kömək edirmi?
Far.Az xəbər saytı

Dünyada məktəblərdə smartfon qadağası - uşaqlara kömək edirmi?


Aparılmış beynəlxalq tədqiqat göstərib ki, məktəblərdə smartfonları qadağan etmək yetərli deyil və bu, uşaqların texnologiyadan düzgün istifadə etməsini öyrətmir.

Far.Az ferra.ru-ya istinadən xəbər verir ki, 11 ölkədən olan alimlərin araşdırmasına görə, belə məhdudiyyətlər yeniyetmələrin sağlamlığına, yuxusuna, dərs müvəffəqiyyətinə və sinifdəki davranışlarına müsbət təsir göstərmir. Əksinə, mütəxəssislər bildirirlər ki, qadağa əvəzinə uşaqlara, valideynlərə və müəllimlərə texnologiyadan səmərəli istifadə yolları öyrədilməlidir.

Tədqiqat Böyük Britaniyada məktəblərdə tətbiq edilən smartfon məhdudiyyətlərinin təsirlərinin araşdırılmasından sonra aparılıb. Nəticədə məlum olub ki, qadağalar problemləri həll etmir, əksinə, uşaqların vaxt və diqqət idarəetməsi bacarıqlarının inkişafına mane ola bilər.

Mütəxəssislər qeyd edirlər ki, texnologiya artıq həyatımızın ayrılmaz hissəsidir və onu tamamilə kənarlaşdırmaq mümkün deyil. Bunun əvəzinə, məktəblərdə "rəqəmsal gigiyena" dərsləri keçilməli, uşaqlara yatmazdan əvvəl telefondan istifadənin zərərli təsiri və internetdə faydalı məlumatları necə ayırd etməli olduqları izah edilməlidir.

Alimlər valideynlərin də maarifləndirilməsinin vacib olduğunu vurğulayır, çünki çoxları övladları ilə texnologiya mövzusunda necə düzgün ünsiyyət qurmağı bilmir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bəşəriyyətin üz-üzə qaldığı problem: Yeniyetmələri sosial şəbəkələrin fəsadlarından necə qoruyaq? - TƏHLİL
"Elmi Nəşrlər" Azərbaycanda: əməkdaşlığın genişləndirilməsi və alimlərin dəstəyi
Valideynlərin diqqətinə! Uşaqları bu yollarla telefondan uzaq tuta bilərsiniz

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər