Qaxda altı nəfərlik ailə evsiz QALDI
Martın 31-i axşam saatlarında Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb. Güclü külək əsasən Qaxda bir sıra fəsadlar törədib.
BAKU.WS Bizim.Media-ya istinadən xəbər verir ki, rayonun Lələpaşa kəndində iki il əvvəl inşa edilən fərdi yaşayış evinin dam örtüyünü külək tamamilə uçurub, bir ailə evsiz qalıb.
Güclü külək kənddə Nahid Əzizxanova məxsus fərdi yaşayış evinin dam örtüyünü uçuraraq, təxminən 100 metr aralıdakı əkin sahəsinə atıb. Evin dam örtüyü qopduqdan sonra bəzi otaqların tavanı da dağılaraq mənzilə tökülüb. Nəticədə ev əşyalarına ziyan dəyib, yağış suları evin içərisinə dolub.
Ev sahibinin atasının sözlərinə görə, oğlunun ailəsi 6 nəfərdən ibarətdir. Onlar həmin evi 2 il əvvəl tikiblər.
Kənd bələdiyyəsindən isə bildirilib ki, vətəndaşın evinə dəymiş ziyanın hesablanması ilə bağlı əraziyə və evə baxış keçirilib. Məsələ ilə əlaqədar Rayon İcra Hakimiyyəti və digər müvafiq qurumlar da məlumatlandırılıblar. Vətəndaşa dəyən zərər müəyyən ediləndən sonra evin bərpasına başlanılacaq. Belə ki, yerli bələdiyyə və icra nümayəndəliyi kənd sakinlərinin birgə səyi və dəstəyi ilə işlərə başlamağı nəzərdə tutur.
Bu faktı Telman Əzizxanov da təsdiqləyərək bildirib ki, kənd sakinləri artıq ailəyə həm maddi, həm də digər məsələdə kömək etmək istiqamətində iş aparırlar.
Bununla yanaşı rayonun müvafiq idarə və təşkilatları da vətəndaşa təbii fəlakət zamanı dəymiş zərərin aradan qaldırılmasında köməklik göstərəcəyinə söz veriblər.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













