Bəzi attraksionların fəaliyyəti dayandırıldı
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu barədə Far.Az-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində yerləşən parkda fəaliyyət göstərən fərdi sahibkar Məmmədov Elnur Cəfər oğluna məxsus attraksionlarda plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı attraksionlarda insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, parkda fəaliyyət göstərən 20 ədəd attraksionun torpaqlanma konturunun və qidalandırıcı yumşaq naqillərin izolyasiyalarının müqavimətlərinin ölçülmədiyi müəyyən edilib.
Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, attraksionların istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
Qalereya
Oxşar xəbərlər
Gəncədə bəzi attraksionların istismarı dayandırılıb
Bakıda attraksionlara baxış keçirildi
İmişlidə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Maye qazdoldurma məntəqəsində tutumun istismarını dayandırıldı - FOTO/VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı
-
Sümükləri möhkəmləndirmək üçün ən faydalı səhər yeməyi açıqlandı
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib













