Goranboy sakini pomidor turşusundan zəhərləndi - SON VƏZİYYƏTİ
Far.Az xəbər saytı

Goranboy sakini pomidor turşusundan zəhərləndi - SON VƏZİYYƏTİ


Qidadan zəhərlənən 24 yaşlı Goranboy sakininn son durumu açıqlanıb. 

TƏBİB-dən  Far.Az-ə bildirilib ki, 2025-ci il aprelin 3-ü saat 02:10 radələrində 2001-ci il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər, botulizm şübhəsi diaqnozları təyin edilən pasiyentə zəruri tibbi yardım göstərilib. 

Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

***09:20

Goranboyda zəhərlənmə hadisəsi baş verib.

Far.Az Teleqraf-a istinadən xəbər verir ki, pomidor turşusundan zəhərlənən 2001-ci il təvəllüdlü Xatirə Bayramova Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.

Qadının vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Oxşar xəbərlər

Azərbaycanda qan banklarının siyahısı yenilənib
Goranboy sakini pomidor turşusundan zəhərləndi
Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB-2
Göyçayda tələbələrin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB-2
Gəncədə bıçaqlanan 31 yaşlı kişinin durumu açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər