DİQQƏT! WhatsApp bu telefonlarda İŞLƏMƏYƏCƏK
Far.Az xəbər saytı

DİQQƏT! WhatsApp bu telefonlarda İŞLƏMƏYƏCƏK


Dünyanın ən populyar mesajlaşma platformalarından biri olan WhatsApp köhnə model telefonlara dəstəyi dayandıracağını açıqlayıb.

Far.Az xarici mediaya istinadən xəbər verir ki, 1 may 2025-ci ildən etibarən WhatsApp yalnız iOS 15.1 və daha yeni versiyaları dəstəkləyəcək. Bununla yanaşı, bəzi Samsung modellərində də tətbiqin işləməyəcəyi bildirilib.

Meta şirkəti bu qərarın əsas səbəbi kimi performans problemləri, təhlükəsizlik riskləri və istifadəçi təcrübəsinin zəifləməsini göstərib.

WhatsApp-ın dəstəyi dayandıracağı bəzi cihazlar:
Apple: iPhone 5, iPhone 5C, iPhone 6 seriyası
Samsung: Galaxy Ace Plus, Galaxy Note 3 seriyası, Galaxy S4 Mini

Bu modelləri işlədən istifadəçilər WhatsApp-dan istifadə edə bilməyəcək.

Oxşar xəbərlər

Samsung S25 Ultra: Yeni keyfiyyət və texnologiya standartı
8 gün sonra bu şəxslərin "WhatsApp"ı İŞLƏMƏYƏCƏK
"iPhone" işlədənlərin nəzərinə - Bu 3 telefon modelində…
"Apple"ın keçmiş satış direktorundan SENSASİYALI AÇIQLAMA
Apple iOS 19-un dizaynını yeniləyir – son 12 ildə ən böyük dəyişiklik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər