Rəqəmsal dünya uşaqlarda görünməyən yaralar buraxır
Far.Az xəbər saytı

Rəqəmsal dünya uşaqlarda görünməyən yaralar buraxır


Uşaqların zorakılıq halları getdikcə daha çox onlayn mühitdə yaşanır. Rəqəmsal zorakılıq təkcə statistika ilə ölçülmür, uşaqların psixologiyasında dərin izlər buraxır.

Far.Az xəbər verir ki, türkiyəli psixoloq Münirə Sevinçelliyə görə, sosial mediada alçaldılmaq, təhqiramiz şərhlər və rəqəmsal təcrid, uşaqlarda özgüvən itkisinə, narahatlıq və depressiyaya səbəb ola bilər.

Uşaqların davranışlarındakı dəyişikliklər – içəqapanma, əsəbilik və ya narahatlıq halları – valideynlər üçün xəbərdarlıq əlaməti olmalıdır. Sevinçelli bildirir ki, rəqəmsal zorakılıq fiziki iz buraxmasa da, emosional olaraq daha uzunmüddətli təsir göstərə bilər. Bu da uşaqların gələcəkdə sosial münasibətləri və akademik uğurlarını mənfi təsirləyə bilər.

Uşaqların qorunması üçün açıq ünsiyyət, etibarlı münasibət və yaşa uyğun təlim vacibdir. Valideynlər övladlarını dinləməli, onların onlayn fəaliyyətlərindən xəbərdar olmalı və təhlükələrlə necə baş etməyi öyrətməlidirlər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Sosial şəbəkədə pasiyentdən icazəsiz onun görüntülərini paylaşan psixoloqları cəza gözləyir - FOTO - ARAŞDIRMA
Qəbul imtahanlarına onlayn hazırlaşmaq keyfiyyətli nəticə verir?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər