Məşhur yəhudi qardaşlar bir-birinə niyə qənim kəsildilər? - "Warner Bros."un sirləri
Baku TV bir çox müvəffəqiyyətli filmlərin, eləcə də yeniliklərin müəllifi olan bir şirkət − "Warner Bros. Pictures" haqqında araşdırma hazırlayıb.
Araşdırmada şirkətin əsasının qoyulmasından başlayaraq səsli kino dövrünün başlanğıcı, Uorner qardaşlarının müflisləşmədən xilas olmaları və dünyanın ən böyük kinostudiyalarından birinin sahibinə çevrilmələri haqqında bəhs olunub.
Bildirilib ki, Uorner qardaşlarının həyat yolu Polşadan ABŞ-yə köçən ataları − Benyamin Vonskolaserin (sonradan Uorner) mübarizəsi ilə başlayıb. Sonradan ailə oğulları − Harri, Albert, Sem və Cekin yenilikçi yanaşmaları ilə böyük uğurlar qazanıb.
Diqqətə çatdırılıb ki, "Warner Bros." səsli filmlərin istehsalı ilə böyük məşhurluq qazanıb. Sem Uornerin rəhbərliyi ilə 1927-ci ildə çəkilən "Caz müğənnisi" səsli filmlər dövrünün başlanğıcını qoyaraq şirkətə böyük maliyyə uğuru gətirib. Amma hər bir böyük şirkət kimi "Warner Bros." da müəyyən çətinliklərlə üzləşib.
Qardaşlar arasındakı münaqişələr, iqtisadi çətinliklər və məhkəmə prosesləri şirkətin inkişafına mənfi təsir göstərsə də, onlar hər zaman özlərini yeniləməyi bacarıblar. 1942-ci ildə qardaşlar az büdcə ilə məşhur "Kasablanka" filmini çəkirlər. Film çox sevilir və şirkətə 3,8 milyon dollar gəlir gətirir, eyni zamanda, "Oskar"a namizəd olur. 1944-cü ildə isə 3 "Oskar" qazanır.
1967-ci ildə Cek Uorner işlərdən çəkilmək qərarına gəlir və kinostudiyanı Kanada şirkəti olan "Seven Arts"a satır. Bununla da Uorner qardaşlarının dövrü bitir, amma yaratdıqları şirkət yaşamağa davam edir.
Kinostudiya 21-ci əsrdə də uğurlu filmlər çəkməyə davam edir. Bunlardan "Harri Potter", "The Hobbit" şirkətə milyonlarla dollar gəlir gətirib. Təkcə 2023-cü ildə çəkilən "Barbi" filmi kinostudiyaya 1,5 milyard dollar qazandırıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı













