Güclü küləyə görə Şəmkirdə dam örtüyü uçan məktəbin şagirdləri köçürülüb
Far.Az xəbər saytı

Güclü küləyə görə Şəmkirdə dam örtüyü uçan məktəbin şagirdləri köçürülüb


Tədris prosesinin fasiləsizliyini təmin etmək məqsədilə Şəmkirdə güclü küləyə görə dam örtüyü aşan məktəbin şagirdləri müvəqqəti olaraq Şəmkir rayonu Vüqar Alırzayev adına İrmaşlı kənd tam orta ümumtəhsil məktəbinə köçürülüblər.

Far.Az xəbər verir ki, bu barədə apa-ya Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, məktəbin dam örtüyünə dəyən zərərin qiymətləndirilməsi və müvafiq təmir işlərinin aparılması üçün təhsil müsəssisəsinə ilkin baxış keçirilib. Yaxın günlərdə təmir işlərinə start veriləcək.

Xatırladaq ki, dünən müşahidə edilən güclü külək Şəmkir rayonu Qalib Allahverdiyev adına Şiştəpə kənd tam orta ümumtəhsil məktəbinin dam örtüyünü aşırıb.

***14:26

Şəmkirdə güclü külək fəsadlar törədib.

Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, güclü külək rayonun Şiştəpə kəndində yerləşən Qalib Allahverdiyev adına tam orta məktəbin dam örtüyünü uçurub. Xəsarət alan olmayıb.

Bu gündən müvəqqəti olaraq məktəbin şagirdlərinin tədrisini qonşu Vüqar Alırzayev adına İrmaşlı kənd tam orta ümumtəhsil məktəbində davam etdirməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2000-ci ildə inşa edilən məktəb 340 şagird yerlikdir.

Oxşar xəbərlər

Şəmkirdə güclü külək orta məktəbin dam örtüyünü uçurub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər