Mikayıl Cabbarov dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşlər keçirib
İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısının sərəncamı ilə təsis edilmiş dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri Təbriz Əmmayev və Toğrul Yaqublu ilə görüşlər keçirib.
BAKU.WS bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, iqtisadiyyat naziri müsabiqədə əldə etdikləri uğur münasibətilə qalibləri təbrik edib, müsabiqənin onların peşəkar inkişafında önəmini vurğulayıb.
Görüşdə qaliblərin maraq dairələri və karyera hədəfləri, Mentorluq proqramından gözləntiləri dinlənilib. Proqram çərçivəsində görüləcək işlər və gənclərin peşəkar səriştələrinin artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Yeni iqtisadi tendensiyalar, sahibkarlığın inkişafı kimi məsələlər ətrafında da müzakirələrin aparıldığı görüşdə iqtisadiyyat naziri gənc və yüksək ixtisaslı kadrların ölkənin iqtisadi inkişafına verdiyi töhfəni vurğulayıb. Hər iki qalibə bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələr verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Şotlandiyada minlərlə insan Sİ üçün data-mərkəzlərin tikintisinə qarşıdır
-
INL: Qərbi Balkanın cinayət şəbəkələri ABŞ vətəndaşları üçün təhlükə yaradır
-
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib













