Çindən ABŞ-a qarşı addım: Amerika məhsullarına gömrük rüsumu 84 faizə çatdırıldı
Far.Az xəbər saytı

Çindən ABŞ-a qarşı addım: Amerika məhsullarına gömrük rüsumu 84 faizə çatdırıldı


ABŞ-nin Çin mallarına əlavə 104 faizlik gömrük rüsumu tətbiq etməsindən sonra Pekin cavab tədbiri görüb. Çin, ABŞ-dən idxal olunan məhsullara tətbiq edilən tarifləri 84 faizə qədər artırıb.

Far.Az haber global-a istinadən xəbər verir ki, yeni tariflər sabahdan qüvvəyə minəcək.

Çin hökumətinin açıqlamasına görə, bu qərar ABŞ-nin birtərəfli və ədalətsiz iqtisadi təzyiqlərinə cavab olaraq verilib.

Çin Baş naziri Li Çan mətbuata açıqlamasında, "Bütün qeyri-müəyyənliklərlə mübarizəyə hazırıq" deyib. Çin Ticarət Nazirliyi isə ABŞ-ın 6 şirkətini "etibarsız qurumlar" siyahısına, 12 şirkətini isə ixrac nəzarətinə tabe olan qurumlar siyahısına daxil edib.

Qərarın ardından Avropanın Stoxx Europe 600 indeksində təxminən 4,2 faizlik dəyər itkisinin olduğu, neft qiymətlərinin isə 57 dollara qədər gerilədiyi bildirilib.

Oxşar xəbərlər

ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycana idxal olunan mallar BAHALAŞACAQ? - VACİB AÇIQLAMA
Kanada ABŞ-dən idxal edilən məhsullara 25% gömrük rüsumu tətbiq edəcək
Kanada ABŞ-dən 155 milyard dollarlıq mallara 25% cavab rüsumları tətbiq edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər