Batan "Titanik" gəmisi ilə bağlı YENİ DETALLAR ORTAYA ÇIXDI
Far.Az xəbər saytı

Batan "Titanik" gəmisi ilə bağlı YENİ DETALLAR ORTAYA ÇIXDI


1912-ci ildə batan "Titanik" gəmisinin qalıqları üzərindəki rəqəmsal araşdırmalar yekunlaşıb. 

BAKU.WS xəbər verir ki, yeni bəzi detallar ortaya çıxıb.

Belə ki, nəhəng gəminin batmasının səbəblərdən biri  gövdədəki A4 kağızı böyüklüyündə yırtıq olub. 

Bundan başqa aparılan genişmiqyaslı araşdırmalardan sonra buzdağının kiçik parçalarının bəzi sərnişin kabinələrinə girdiyi ortaya çıxıb. 

Mühəndislər son ana qədər işıqların açıq qalmasını təmin etməyə çalışıblar və onlar ölənə kimi öz vəzifələrini icra ediblər. 

"Titanik" gəmisi ilə bağlı analizlər aparan Park Stivenson son açıqlamasında ""Titanik" gəmisinin qalıqları fəlakətin həyatda qalan son şahididir və o bizə hələ çox şeylər danışacaq" deyə qeyd edib. 

Xatırladaq ki, "Titanik" 1912-ci il aprelin 10-da ilk və son səfərinə yola düşüb. Onun Avropadan Amerika Birləşmiş Ştatlarına marşrutu Atlantik okeanın şimal hissəsindən keçirdi.

Aprelin 14-dü saat 23:40-da 'Titanik" aysberqlə toqquşub və 2 saat 40 dəqiqədən sonra batıb. 

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər