Bakıda "saxla" əmrinə tabe olmayan sürücü iki DYP maşınını əzdi, bir polis xəsarət aldı - TƏFƏRRÜAT
Bakıda polisin "saxla" əmrinə tabe olmayaraq iki yol patrul xidməti avtomobilini əzən, polis əməkdaşlarından birinə də xəsarət yetirən şəxsin cinayət işinin təfərrüatı məlum olub.
BAKU.WS Musavat.com-a istinadla xəbər verir ki, 35 yaşlı Ümid Nəsrullayev Yasamal rayonu ərazisində "Hyundai" markalı avtomobildə olan zaman yol patrul xidməti əməkdaşları ona "saxla" əmri veriblər. Lakin Ümid avtomobili saxlamaq istəməyib. Ümid maşının ön və arxa hissəsində dayanmış maşınları vuraraq ərazidən uzaqlaşmaq istəyib. O, avtomobilini irəli və geri hərəkət etdirərək iki polis maşınına çırpılaraq ümumilikdə 9 min manata yaxın maddi ziyan vurub.
İttihama görə, Ümid maşının mühərrikini söndürmək istəyən polis əməkdaşlarından birinə də xəsarət yetirib.
Polis şöbəsinə aparılan Ümidin avtomobilinə baxış keçirilən zaman marixuana və narkotik tərkibli preqabalin aşkar edilib.
Ümid ifadəsində narkotik vasitə istifadəçisi olduğunu, astma və epilepsiya xəstəliklərindən əziyyət çəkdiyi üçün preqabalin həblərindən istifadə etdiyini etiraf edib. O, maşınından çıxan marixuananın ona məxsus olmadığını deyib.
İstintaq zamanı onun narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib. İstintaq orqanı sübut kimi onun telefonuna gələn mesajlara da istinad edib.
Araşdırma zamanı məlum olub ki, Ümid daha əvvəl də bir neçə maddə ilə məhkumluq həyatı yaşayıb.
Törətdiyi əməllərə görə Ümid Nəsrullayev bu dəfə 6 il azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Küçədə cinsi əlaqəyə görə avtobus sürücüsünü öldürdülər - HƏSSAS GÖRÜNTÜLƏR
Sülh əleyhinə və digər ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













