Marketdə yanğın baş verib
Far.Az xəbər saytı

Marketdə yanğın baş verib


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. 

Far.Az xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində onaltımərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən marketə məxsus yardımçı tikilidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***16:28

Bu gün Bakının Xətai rayonu, Həzi Aslanov qəsəbəsində yanğın hadisəsi qeydə alınıb.

Far.Az xəbər verir ki, hadisə ilə bağlı görüntülər "qaynar xətt"ə göndərilib.

İlkin məlumata görə, yanğın Araz marketə məxsus olduğu iddia edilən yardımçı anbarda baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə qüvvələri cəlb olunub.

FHN-dən verilən rəsmi məlumata görə, yanğın operativ şəkildə söndürülüb.

Oxşar xəbərlər

Həzi Aslanov ərazisində yanğın baş verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda "Oba" marketdə PARTLAYIŞ zamanı xəsarət alanların son vəziyyətləri açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər