"FarmHER" layihəsi uğurla başa çatıb
Far.Az xəbər saytı

"FarmHER" layihəsi uğurla başa çatıb


Azercell-in sosial layihə müsabiqəsinin qalibləri qadınların inkişafına töhfə verməyə davam edir

Şamaxıda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların bilik və bacarıqlarının artırılmasına yönəlmiş "FarmHER" layihəsi uğurla yekunlaşıb. Layihənin əsas məqsədi bu qadınlarının aqrobiznes sahəsində biliklərini artırmaq, onların gəlirlərini və rifahını gücləndirmək olub.

Kənd təsərrüfatı və aqromaliyyələşdirmə üzrə geniş beynəlxalq təcrübəyə malik mütəxəssis Ağaməhəmməd Alosmanov tərəfindən keçirilən təlimlərdə qadın iştirakçılara aqrobiznesin əsasları, maliyyə savadlılığı, bazar araşdırmaları və innovativ texnologiyalar üzrə nəzəri və praktiki biliklər aşılanıb. Proqram çərçivəsində iştirakçılar tanınmış sahibkarlarla görüşərək real biznes təcrübələrindən də faydalanmaq imkanı əldə ediblər.

Layihə iştirakçıları əldə etdikləri bilikləri artıq gündəlik fəaliyyətlərində tətbiq etməyə başlayıblar. Təşəbbüsün onların həyatına qatdığı real dəyərlə və iştirakçıların təəssüratları ilə tanış olmaq üçün videomuzu izləyə bilərsiniz: https://bit.ly/3RRVunq

"FarmHER" layihəsi Azercell-in "Həyatı daha dolğun edirik: Qadınlara dəstək proqramı" çərçivəsində "Alternativ" Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən icra olunub. Proqramın məqsədi qadınların cəmiyyətə fəal inteqrasiyasını dəstəkləmək və onların sosial-iqtisadi rifahının artırılmasına töhfə verməkdir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
Azercell mülki müdafiə sahəsində təşəbbüslərini genişləndirir
Dövlət Vergi Xidmətində rəhbər heyətin liderlik bacarıqlarının inkişafı davam etdirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər