Zəlzələ zamanı fillərin balanı qoruma instinkti kameraya düşdü
Far.Az xəbər saytı

Zəlzələ zamanı fillərin balanı qoruma instinkti kameraya düşdü


ABŞ-nin Kaliforniya ştatında baş verən 5,2 bal gücündə zəlzələ zamanı San Dieqo Heyvanat Parkındakı fil sürüsünün balalarını qoruma instinkti kameralara əks olunub.

Far.Az sondakika-ya istinadən xəbər verir ki, zəlzələ bazar ertəsi səhəri San Dieqodan 96 kilometr uzaqlıqda yerləşən Julian şəhəri yaxınlığında qeydə alınıb. Sarsıntı başladığı an fil sürüsü dərhal birləşərək balalarının ətrafında "siqnal halqası" yaradıb. Zooparkın yaydığı görüntülərdə beş filin ən kiçik balalarının ətrafında sıx halqa şəklində birləşdiyi görünür.

Park rəhbərliyi bildirib ki, zəlzələ başa çatdıqdan sonra belə, sürü balalarının tam təhlükəsiz olduğundan əmin olana qədər ayrılmayıb. Mütəxəssislər, fillərin ayaqları vasitəsilə yer titrəyişlərini hiss etmək qabiliyyətinin bu davranışda rol oynadığını qeyd edir.

Zəlzələdən sonra ən azı yeddi afterşok qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan və ya maddi zərər bildirilməyib.

Qeyd edək ki, bu zəlzələdən bir neçə saat öncə Julian yaxınlığında 3,5 bal gücündə daha zəif bir yeraltı təkan da baş vermişdi. Eyni gün səhər isə Fiji adalarında 6,5 bal gücündə güclü zəlzələ qeydə alınıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
ABŞ-də həkimin səhvi nəticəsində xəstənin qolları və ayaqları amputasiya edilib
Qazaxıstanda quş sürüsü ilə toqquşan təyyarə uçuşu davam etdirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər