Sabunçuda əməliyyat keçirilib, 29 kiloqram narkotik dövriyyədən çıxarılıb
Far.Az xəbər saytı

Sabunçuda əməliyyat keçirilib, 29 kiloqram narkotik dövriyyədən çıxarılıb


Bakının Sabunçu rayonunda keçirilən əməliyyat zamanı 29 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb. 

Bu barədə Far.Az-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. 

Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Sabunçu rayonunda keçirdikləri əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 49 yaşlı Fuad Cəfərov tutulub. Onun idarə etdiyi avtomobildən 29 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanaraq götürülüb. 

F.Cəfərov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə paytaxt ərazisindəki gizli yerdən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Bakıda avtomobildə İrandan göndərilən 32 kq narkotik aşkarlanıb
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb
Baş idarə əməliyyat keçirib, 20 kq narkotik aşkarlanıb
İran vətəndaşından əldə edilən 41 kiloqram narkotik dövriyyədən çıxarılıb, iki nəfər həbs olunub
Bakıda məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi - ANBAAN VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər