Xəstəxanada qadını bıçaqlayan şəxs cəzadan azad edildi
Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Natiq Qubadovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə onun nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən və cəzadan azad edilib. Natiq Qubadov barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunub. Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilib.
İttihama görə, hadisə 16 mart 2024-cü il tarixdə, saat 09:30-da Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında qeydə alınıb. Bakı şəhərində yaşayan Natiq Qubadov əvvəllər tanıdığı qadın - N.M.-in kart hesabına yüklədiyi pul vəsaitlərinin geri qaytarılması ilə bağlı paytaxtdan Daşkəsən rayonuna gəlib. O, xəstəxanada həmin xanımı axtarmağa başlayıb. N.M.-in anası, zərərçəkmiş M.M. də həmin xəstəxananın poliklinika şöbəsində təsərrüfat işçisi vəzifəsində çalışır. Bu zaman onlar qarşılaşıblar və M.M. ona oraya gəldiyinə görə irad bildirib. Onlar arasında mübahisə yaranıb. Nəticədə Natiq Daşkəsən RMX-nin inzibati binasında üzərində gəzdirdiyi mətbəx bıçağı ilə M.M.-ə qəsdən üç dəfə zərbə vuraraq, ona ağır bədən xəsarətləri yetirib. Hadisədən sonra Natiq Qubadov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxsin valideyni məhkəmədə ifadəsində bildirib ki, oğlu Bakı şəhərində yerləşən "Meyvəli" bazarında günəmuzd fəhləlik edərək özünü dolandırıb. Natiq psixi xəstəliyi ilə əlaqədar Salyan rayonu, Şorsulu kəndində yerləşən ruhi əsəb dispanserində və Bakı şəhəri, Sabunçu rayonunda yerləşən xəstəxanada stasionar müalicə alıb və 3-cü qrup əlildir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur













