Tramp administrasiyasından Harvarda XƏBƏRDARLIQ: "Xarici tələbə qəbul imtiyazını itirə bilərsən"
Far.Az xəbər saytı

Tramp administrasiyasından Harvarda XƏBƏRDARLIQ: "Xarici tələbə qəbul imtiyazını itirə bilərsən"


ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem Fələstinə dəstək aksiyalarında adı önə çıxan Harvard Universitetinə qarşı sərt mövqe nümayiş etdirib.

Far.Az trt haber-ə istinadən xəbər verir ki, o, universitetə məktubla müraciət edərək xarici tələbələrin qanunsuz və zorakı hərəkətlərə qarışıb-qarışmadığına dair məlumatların 30 aprelə qədər təqdim olunmasını tələb edib.

Noem xəbərdarlıq edib ki, Harvard bu hesabat öhdəliklərinə tam əməl etməzsə, xarici tələbə qəbul hüququnu itirə və SEVP sertifikatından məhrum qala bilər.

Universitet rəhbərliyi isə cavab olaraq, qanuna əməl edəcəklərini, lakin konstitusiya ilə təmin olunmuş hüquqlardan vaz keçməyəcəklərini bildirib.

Qeyd edək ki, Tramp son açıqlamasında Harvard Universitetini "yolunu azmış" adlandıraraq, artıq dünyanın ən yaxşı ali məktəbləri sırasında olmaması lazım olduğunu deyib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər