ABŞ Suriyadan nə qədər hərbçisini çıxaracaq?
ABŞ Suriyadakı hərbi kontingentinin sayını 500 nəfərə endirməyi planlaşdırır.
BAKU.WS xəbər verir ki, bu barədə "The New York Times" (NYT) mənbələrə istinadən məlumat yayıb.
Məqalədə qeyd olunur ki, ABŞ hərbçiləri ölkənin şimal-şərqində yerləşən səkkiz kiçik əməliyyat obyektindən üçünü bağlayır və bu zaman oradakı hərbçilərin sayını 2000 nəfərdən 1400 nəfərə endirir.
Bağlanacaq bazalar arasında "Mission Support Site Green Village", "MSS Euphrates" və daha kiçik üçüncü bir obyekt var.
İki yüksək vəzifəli məmurun sözlərinə görə, 60 gün ərzində amerikalı komandirlər əlavə ixtisarların aparılıb-aparılmayacağını qiymətləndirəcəklər.
Həmçinin qeyd olunur ki, hərbçilər Suriyada ən azı 500 ABŞ əsgərinin qalmasını tövsiyə ediblər.
Buna qədər "Sky News Arabia" telekanalı ABŞ-nin Suriyanın şərqində yerləşən Deyr əz-Zor vilayətindəki hərbi bazada dislokasiya olunmuş bölmələrin mərhələli şəkildə çıxarılmasına başladığını xəbər vermişdi.
ABŞ hərbçilərinin olduğu bir kolonna İraq Kürdüstanında yerləşən digər böyük ABŞ bazasına istiqamətlənib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Suriya: Gərginliklərin mərkəzi və beynəlxalq güc mübarizəsi - ANALİZ
NYT: İran Suriyadan diplomatlarını və hərbçilərini təxliyə etməyə başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Xətaidə çirkab su problemi - Qurum nəzarətə götürdü
-
Sabiq futbolçu Almaniyada prezidentliyə namizəd olacaq
-
Venesuela Kolumbiya ilə sərhəddə hərbi əməliyyata başlayıb
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib













