Qubada qar və yağışla əlaqədar 7 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
Far.Az xəbər saytı

Qubada qar və yağışla əlaqədar 7 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib


Qubanın Qrız, Haput, Əlik, Cek, Bostankeş, Qalaxudat və Xınalıq kəndlərinə gedən yollarda hərəkət məhdudlaşıb.

Far.Az APA-ya istindən xəbər verir ki, Quba-İspik-Xınalıq avtomobil yolunun 37-ci km-dən 50-ci km-ə qədər 1 metrə qədər qar yağıb. Eyni zamanda müxtəlif yerlərdə intensiv yağışlar nəticəsində yola daş, qaya parçaları tökülüb. Hazırda yolun açılması istiqamətində işlər görülür.

Adıçəkilən kəndlərə aparan alternativ yol olan Quba-Alpan-Xınalıq yolu da qar səbəbindən bağlıdır.

İntensiv yağışlar elektrik təsərrüfatına da ziyan vurub. Elektrik dirəkləri aşıb, naqillər qırılıb.

Qeyd edilən kəndlərə enerji verilişi dayanıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Xınalıq" qoruğuna dair məlumat bazasının yaradılması üzrə işlərə başlanılıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər