İstanbuldan Moskvaya uçan təyyarənin pilotlarına lazerlə müdaxilə olub
Far.Az xəbər saytı

İstanbuldan Moskvaya uçan təyyarənin pilotlarına lazerlə müdaxilə olub


Rusiyaya məxsus sərnişin təyyarəsinin pilotları uçuş zamanı lazer şüası ilə müdaxiləyə məruz qalıb.

Far.Az xəbər verir ki, bu barədə "Aviaincident" teleqram kanalı məlumat yayıb.

Hadisə 20 aprel tarixində baş verib. "Airbus A321" tipli sərnişin təyyarəsi Türkiyənin İstanbul şəhərindən qalxaraq "Şeremetyevo" hava limanına istiqamətlənib.

Təyyarə Moskvanın 50 kilometr qərbində, 2 min metr hündürlükdə olarkən, naməlum şəxslər tərəfindən pilot kabinəsinə yaşıl lazer şüası yönəldilib.

Hadisəyə baxmayaraq, ekipaj uçuşu davam etdirib və təyyarə uğurla eniş edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Əfsanəvi pilot ekipajın qəhrəmanlığı barədə: İdarəetmədən çıxan təyyarə ilə mübarizə aparırdı - MÜSAHİBƏ
Yerində göstərilən reaksiya: Azərbaycan və Qazaxıstan təyyarə qəzası zamanı necə davrandı?
40 illik təcrübəyə malik pilotun son uçuşu - Kşnyakin həmin səhər xanımı ilə vidalaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər